Netanyahunun DNT nəticəsi açıqlandı: Görün haralı imiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İsrailin Baş naziri Benyamin Netanyahunun Y DNT nəticəsi bəllidir. Testi birbaşa qardaşı İdo Netanyahu verib. Hətta Netanyahunun oğlu Yairin də nümunəsi mövcuddur. Belə ki, onlar R1a haploqrupunun Y2619 subkladının Y2630 alt qolunu daşıyırlar".
Milli.Az Globalinfo.az-ya istinadla xəbər verir ki, bunu Azərbaycan DNT layihəsinin admini, genetik-tədqiqatçı və irsi xəstəliklər araşdırmaçı Orxan Xansuvar qeyd edib.
O bildirib ki, təxmini olaraq 750-ci ildə Netanyahunun soyu ata xətti ilə çoxu Polşa yəhudiləri olmaqla aşkenazilərlə birləşir:
"Y2619 variasiyası, dünya miqyasında yəhudi əhalisi arasında tapılan 600-dən çox YDNA subkladından biridir. Bu soyların yalnız 15 faizi bu gün aşkenazilər arasında rast gəlinir.
R-Y2619 genetik variasiyasına Levi mənşəli bir ənənəsi və şəcərəsi olan aşkenazi kişilərinin təxminən 50 faizi arasında rast gəlinir. Ona görə də aşkenazilərin Levi xətti məhz bu qol olaraq götürülür. Nəzərə alaq ki, məşhur Horovitz ravvin sülaləsi də bu qolu daşıyır.
Bu variasiya təxminən 2900 il əvvəl yaranıb və eramızın 700-cü ilində Fransada aşkenazi əhalisinin yarandığı dövrdə onlara qoşulan bir kişidə mövcud olduğu görünür. Bu variasiya dünya miqyasında sınaqdan keçirilmiş yəhudi olmayan aşkenazi əhalisi arasında aşkar edilməyib. Buna görə də, həmin tarixdən əvvəl yəhudi əhalisində onun mövcudluğu hələ təsdiqlənə bilmir. Ən yaxın qohumluq əlaqələri Son Tunc dövrünə aiddir və hazırda İranda tapılır. Bu baxımdan daha çox İran mənşəli subklad sayılır".
Tədqiqatçı qeyd edib ki, Benyamin Netanyahunun babası Natan Mileykovski ravvin və yazıçı idi, həmçinin İsrailin ideoloji qurucularından olub:
"Mileykovski 1879-cu ildə hazırda Belarus ərazisində yerləşən Krevada, Rusiya İmperiyasında anadan olub. O zaman bu bölgə yəhudilərin daimi yaşamasına icazə verilən yaşayış məntəqəsinin solğunluğu "Pale of Settlement"in bir hissəsi idi. O, Zvi Mileykovski və Liba Gitel Halevinin oğludur. Mileykovskinin atası yaxın kənddə kənd təsərrüfatı icarəyə götürərək ailəsini təmin edirdi. 10 yaşında Mileykovski Volojin yeşivasına göndərildi və səkkiz il burada qalıb ravvin oldu.
Digər maraqlı fakt odur ki, İsrailin keçmiş prezidenti Xaim Herzoq da bu subkladı daşıyır. Herzoq 1983-cü ildən 1993-cü ilə qədər İsrail prezidenti vəzifəsində çalışmış irlandiyalı - israilli siyasətçi, hərbi zabit, hüquqşünas və yazıçı idi. Belfastda anadan olmuş və əsasən Dublində böyümüş, İrlandiyanın baş ravvini İshaq HaLevi Herzoqun oğlu olan Xaim 1935-ci ildə Fələstinə mühacirət edib".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - (Foto)
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama






