Hadisə

Aeroportdakı hərəkəti baha başa gəldi - 500 manat...

1 İyun 2026 11:36
Baxış: 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobilinin dövlət qeydiyyat nişanını gizlədən sürücü cərimələnib.

Milli.Az xəbər verir ki, hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxsin minik avtomobilinin nömrəsini gizlətdiyi müəyyənləşib.

Ərazidəki kamera tərəfindən qeydə alınmış görüntü əsasında sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsilə protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə həmin əmələ yol vermiş sürücü 500 manat cərimə olunub./Qafqazinfo

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.