"Mən də məhkəmə qapısı tanıyıram, vəkilim var" - Həmin qalmaqaldan DANIŞDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə adı hallanan qalmaqala aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, sosial şəbəkədə yazdığı şərh heç bir şəxsə ünvanlanmayıb və ümumi fikir xarakteri daşıyır:
"Söz azadlığı olan ölkənin vətəndaşıyıq, istədiyimiz mövzuya fikir bildirə bilərik. Mənim yazdığım şərhdə heç bir şəxsin adı çəkilməyib. Kimsə həmin fikri öz üzərinə götürürsə, bu, mənim məsuliyyətim deyil. Mən heç kimin səhifəsində yazdığım şərhi silməmişəm.
Cəmiyyətin üzvü və media nümayəndəsi olaraq ictimai mövzularla bağlı fikirlərimi bildirmək hüququm var və bundan sonra da bildirəcəyəm. İctimai müzakirəyə açıq olan hadisələr barədə fikir bildirmək söz azadlığının bir hissəsidir.
Təəssüf doğuran məqam odur ki, ümumi xarakter daşıyan bir fikir bəzi şəxslər tərəfindən özlərinə aid edilərək süni qalmaqala çevrilib. Mən heç kimin reklam kampaniyasının iştirakçısı deyiləm.
Bayramla əlaqədar Bakıda deyildim, dünən axşam qayıtmışam. Bu gün işə başlamışam və hər kəsə uğurlar arzulayıram. Axşam isə Əməkdar artist Mətanət İsgəndərlinin konsertinin aparıcısıyam.
Azərbaycan qadınını hər zaman şərəfli və şəxsiyyətli görmüşəm. Bizim Həcər, Hökümə, Salatın, Arəstə kimi qəhrəman qadınlarımız olub və onlar cəmiyyətimiz üçün örnəkdir. Biz Azərbaycan qadınını hər zaman şərəfli, qürurlu və ləyaqətli görmüşük. Şəhid analarının timsalında fədakarlığın rəmzi olan Azərbaycan qadını ailəsinin, xalqının və dövlətinin dayağıdır. Biz o xanımlarla qürur duyuruq! Qoy, qızlarımız da onları nümunə götürsünlər".
S.Bağırov bildirib ki, illərdir heç bir qalmaqalda adının hallanmasına yol vermir:
"İllərdir dövlət tədbirlərində və ictimai layihələrdə aparıcı kimi çalışıram. Heç vaxt kimisə məqsədli şəkildə təhqir etməmişəm və buna ehtiyac da duymuram. Bu mövzu ilə gündəmə gəlmək istəmirəm.
Dediyim sözlər cəmiyyətdə tez-tez müzakirə olunan mövzularla bağlı ümumi fikirlərdir. Məni məhkəmə ilə hədələyirlər. Mən də məhkəmə qapısı tanıyıram, vəkilim var. Adımın əsassız şəkildə hallandırılması və nüfuzuma xələl gətirilməsi hallarında məhkəməyə verə bilərəm və bu hüququmu özümdə saxlayıram. Mövzunu süni şəkildə böyütmək istəyənlərə uğurlar arzulayıram. Mən isə öz işimlə məşğul olmağa və fəaliyyətimi peşəkar şəkildə davam etdirməyə üstünlük verirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





