İdman

Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib

1 İyun 2026 19:49
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Turan Tovuz" klubu millimizin futbolçusu ilə anlaşa bilmir.

Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Ayxan Hüseynovdan gedir. Baş məşqçi Kurban Berdıyevin israrla istədiyi futbolçu Tovuz təmsilçisində qalmaq istəmir.

Hüseynovun Azərbaycanla yanaşı ölkə xaricindən ciddi təklifləri var. Avropa klublarından kifayət qədər yüksək maaşlı təklif alan yarımmüdafiəçi ölkəmizdə oynamağı düşünmür.

O, özünü səviyyəcə daha yüksək çempionatda sınamaq niyyətindədir. Bu səbəbdən də millimizin üzvü "Turan Tovuz"un yeni müqavilə təklifini geri çevirəcək.

Son anda bir dəyişiklik olmasa, Ayxan Hüseynov növbəti mövsüm "Turan Tovuz"da qalmayacaq. Onun klubu ilə müqaviləsi yayda başa çatır.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm komandası ilə 38 oyunda çıxış edib və 7 qol, 6 assistlə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.