Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanlı iqtisadçı Hrayer Kamendatyanın ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri ilə bağlı iddiası müzakirələrə səbəb olub. Kamendatyanın sözlərinə görə, Rubio Ermənistan ərazisində nadir torpaq materiallarını idarə etmək üçün sənəd alıb. Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskidən də nadir torpaq elementlərini tələb edir.
Mərkəzi Asiya respublikalarında da bu cür nadir torpaq elementlərinin əldə edilməsi uğrunda Rusiya və Qərb arasında kəskin mübarizə gedir. Artıq güclü dövlətlər hansısa ölkədə hərbi hissə və ordu saxlamaq əvəzinə, strateji dəhlizlərə nəzarəti ələ keçirməyə və nadir torpaq elementlərinə sahib olmağa çalışırlar.
Azərbaycan üçün də belə bir vəziyyət yarana bilərmi? Ölkəmizdə hansı nadir torpaq elementləri var?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, dünyada yüksək texnologiyalar və süni intellekt sürətlə inkişaf edir:
"Hazırda bu sahədə ABŞ və Çin arasında ciddi rəqabət gedir. Yüksək texnologiya və süni intellektin inkişafı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Onlara kim sahibdirsə, adı çəkilən sahələrdə irəliləyiş əldə edir.
Bu gün dünyanın ən nadir ehtiyatları əsasən Çin ərazisindədir. Pekin bir müddət əvvəl bu ehtiyatların ixracına qadağa qoyub ki, Avropa və ABŞ onlardan istifadə edə bilməsin. Ona görə də ABŞ alternativ bazarlar axtarışına başlayıb. Vaşinqton müxtəlif ölkələrlə əldə etdiyi razılaşmalarda əlavə bənd kimi nadir torpaq ehtiyatlarının birgə çıxarılmasını da qeyd edir. Məsələn, Qazaxıstan nadir torpaq ehtiyatları ilə zəngindir və ABŞ ilə saziş imzalayıb. Ermənistan da bu tip sazişlər imzalayıb.
O ki qaldı Azərbaycana, torpaqlarımız işğaldan azad ediləndən sonra xüsusilə Şərqi Zəngəzurda zəngin nadir torpaq ehtiyatlarının olduğu məlum olub. Lakin biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq. Lazım gələrsə, gələcəkdə bu sahədə sənədlər imzalana, əməkdaşlıq edilə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
XƏBƏR LENTİ
-
Qarnın təmizlənməsinin 5 üsulu
-
Evlər niyə çökür? - RƏSMİ
-
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?





