Ödənişli yolun qiyməti AÇIQLANDI - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarif Şurası Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə hərəkət üçün ödəniş məbləğlərini təsdiqləyib.
Milli.Az xəbər verir ki, qərar Şuranın 1 iyun 2026-cı il tarixində keçirilən növbəti iclasında qəbul edilib.
Məlumata görə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli 91 nömrəli Qərarı ilə ödənişli yol kimi müəyyən edilib.
Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz alternativ yol mövcud olduqda ödənişli avtomobil yollarından istifadə sürücülərin seçiminə verilir.
Tarif Şurasının qərarına əsasən, minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük nəqliyyat vasitələri üçün ödəniş məbləği 1 kilometrə görə 8,6 qəpik müəyyən edilib. Bu, yolun tam məsafəsi üzrə 6,99 manat təşkil edir.
Kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və digər maşın-mexanizmlər üçün tarif 1 kilometrə görə 10,6 qəpik, yəni bütün marşrut üzrə təxminən 8,62 manat olacaq.
Avtobuslar üçün ödəniş məbləği 1 kilometrə görə 7,1 qəpik, bütün yol üzrə isə 5,77 manat müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu, həmçinin 3 və daha çox oxlu nəqliyyat vasitələri üçün tarif 1 kilometrə 17,7 qəpik, tam marşrut üzrə isə 14,39 manat təşkil edəcək.
İclasda motosikletlərin ödənişli yoldan istifadəsi üçün tariflər də təsdiqlənib. Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə 1 kilometr üçün ödəniş 4,65 qəpik, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunub.
Qeyd edilib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu mövcud marşrutla müqayisədə 19,7 kilometr daha qısadır. Bundan əlavə, yolda daha yüksək sürət həddi tətbiq olunur ki, bu da sürücülərə həm vaxta, həm də yanacaq sərfiyyatına qənaət etməyə imkan verir.
Tarif Şurasının məlumatına əsasən, ödənişli yollardan əldə olunan vəsait avtomagistralların və ödəniş məntəqələrinin saxlanılması, avtomobil yollarının təmiri, qorunması, yenidən qurulması, layihələndirilməsi və yeni yolların tikintisinin maliyyələşdirilməsinə yönəldiləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azyaşlının həyatını belə xilas etdi - VİDEO
-
Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
-
Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Dərman qiymətlərində dəyişiklik EDİLDİ - RƏSMİ
-
Masallıda əməliyyat: 14 kiloqram narkotik dövriyyədən çıxarıldı
-
Qəfil vəfat edən müğənnini son GÖRÜNTÜSÜ - VİDEO
-
Türkiyəli professor tanınmaz halda - FOTO
-
Motosikletçilər üçün də ödəniş tətbiq olundu
-
Vəfat etmiş idmançının beyni onlara veriləcək
-
Ödənişli yolun qiyməti AÇIQLANDI - RƏSMİ
-
Xaçmazda “Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilib - FOTO
-
Əməkdar artist illər sonra EFİRƏ ÇIXDI - VİDEO
-
Abituriyentlərin diqqətinə: Bu gündən qeydiyyat başladı
-
Prezident Qurban Qurbanovu təltif etdi
-
Qubanın 3 kəndinin adı dəyişdirilib
-
Fransalı məşhur futbolçu karyerasını başa vurdu
-
Gürcüstanda təhlükəli virus aşkarlandı
-
Azərbaycan vasitəsilə Ermənistana gübrə göndərilib - YENİLƏNİB
-
Elgiz bağında müğənnilərə qonaqlıq verdi - VİDEO
-
Bakıda bir mənzil yox, bütöv bina qiymətinə maşın satılır - FOTO
-
40 yaşında karyerasını BİTİRDİ
-
Bu dəyişiklik cibinizə təsir edəcək: Yeni qayda nələri dəyişir?
-
Ölkə bu VİDEO-dan danışır: 5 yaşlı qızı 8 yaşlı oğlan XİLAS ETDİ





