Azərbaycanın qaz ehtiyatları nə qədərdir və dünyada hansı sıradayıq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində çıxışı zamanı mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəyini bildirib.
Azərbaycanın qaz ehtiyatları nə qədərdir və bu göstəriciyə görə dünyada hansı sıradayıq?
Milli.Az xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov bildirib ki, kəşf edilən qaz ehtiyatları ilə bağlı xarici şirkətlər və beynəlxalq qurumlar tərəfindən fərqli rəqəmlər təqdim edilsə də, Azərbaycan dünyanın ən çox qaz rezervləri olan dövlətləri sırasındadır. "EnergyNow Media" təşkilatının qiymətləndirmələrinə görə, Azərbaycan dünyada ən çox qaz ehtiyatları olan ilk12 dövlət sırasından qərarlaşıb. BP şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda kəşf edilən qaz ehtiyatları 2.5 trilyon kub metrdir. ABŞ Enerji İnformasiya İdarəsində də ehtiyatlarımızın 2.0 trilyon kub metrdən çox olduğunu düşünürlər:
"Müstəqil qiymətləndirmələrə görə, Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları proqnozlaşdırılan ehtiyatlarla birlikdə 3 trilyon kubmetrə çatır. Bu ölkənin daxili tələbatını və ixracını qarşıdakı 100 il müddətində təmin etmək üçün kifayət edəcək ehtiyatlardır.
Qaz hasilatına gəldikdə isə, 2025-ci ildə Azərbaycanda ümumi təbii qaz hasilatı illik 51,5 milyard kubmetr olub. Əmtəəlik qaz həcmi isə 39 milyard kubmetrə yaxındır. Bu göstəricilərə görə, Azərbaycan dünyada ilk iyyirmiliyə daxildir.
Qaz hasilatında mühim məqamlardan biri son illər müşahidə edilən artım dinamikasıdır. Ümumi qaz hasilatının illik 50 milyard kub metrdən çox olması da bunu təsdiq edir".
Deputat qeyd edib ki, hələ uzun illər Azərbaycan enerji hasil və ixrac edən ölkə statusunu qoruyub saxlayacaq.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın qaz ehtiyatları nə qədərdir və dünyada hansı sıradayıq?
-
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
-
Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər - FOTO
-
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?"
-
20 ballıq cərimə limiti artırılır?
-
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
XƏBƏR LENTİ
-
Əkizlərini itirən aparıcı yenidən ANA OLDU - VİDEO
-
Xalq artisti əməliyyat olunacaq
-
Zelenski: Ağ Ev müraciətimizə cavab verməyib
-
“Şamaxı”nın yeni baş məşqçisi o oldu
-
Azərbaycanın qaz ehtiyatları nə qədərdir və dünyada hansı sıradayıq?
-
Türkiyə millisinin DÇ-2026 heyəti açıqlanıb - 26 futbolçu seçildi
-
Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb
-
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib
-
Hava kəskin dəyişir - Bakıda yağış başlayacaq - PROQNOZ
-
Leyla Əliyeva və Alona Əliyeva Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı izləyiblər - FOTO
-
Tarixi rekord yaxınlaşır - 100 mərtəbəni keçən bina tikilir
-
"Qəbələ" iki futbolçu ilə yolları ayırdı
-
Rusiya bir gecədə bu qədər PUA vurdu
-
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?"
-
Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi
-
"Mənim başıb xarabdır, qanım XARAB DEYİL" - Oxuduğu dueti "Youtube"dan sildirdi
-
20 ballıq cərimə limiti artırılır?
-
"Onların pulunu mən ödəyəcəyəm"
-
İrandan Rusiyaya narkotik daşıyan TIR Azərbaycanda belə saxlanıldı - VİDEO
-
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
-
Prezident İlham Əliyev Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb
-
Hamiləlik zamanı cəzanın təxirə salınması ilə bağlı yeni qayda
-
18 aptekdə nöqsan aşkarlandı
-
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO





