Şou-biznes

“Məni Almaniyadan buraxmaq istəmirdilər”

6 May 2025 00:22
Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi ilk efirə çıxdığı dövrdən danışıb:

"Azərbaycan televiziyasına ilk dəfə Eldar Mansurovun mahnıları ilə çıxmışam. O vaxt Eldar Mansurov baş redaktor idi. Tarixçəsi uzundur, amma o mahnıları oxuduqdan sonra Almaniyaya getdim, 4-5 ay orada qaldım. Məni Almaniyadan buraxmırdılar, dedilər ki, burada qal. 1994-cü ildən danışıram. Mən Mahnı və Rəqs Ansamblında solist kimi işləyirdim, hələ tanınmamışdım. Türkiyəyə qastrol səfərinə getmişdik. Sərhəd açılandan sonra ilk gedınlərdən olmuşam. Qrupla getmişdik, Əməkdar artistlər, Xalq artistləri idi, 35 nəfər idik. Məni orada görüb, Almaniyaya dəvət etdilər. Məni Türkiyədə də, Almaniyada da saxlayırdılar ki, getmə. Amma mən Vətənimi qoyub heç yerdə qala bilmərəm".   (olay)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.