Maraqlı

Ən ağıllı körpələrin doğulduğu ay - Uğurlu liderlər də həmin ayda dünyaya gəlib

1 May 2025 19:28
Baxış: 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm dünyası uzun illərdir ki, genetik və ətraf mühit faktorlarının insan zəka səviyyəsinə təsirini araşdırır. Son dövrlərdə aparılan bəzi tədqiqatlar isə doğum ayının da bu amillər arasında yer ala biləcəyini göstərib. Alimlər iddia edirlər ki, körpələrin doğulduğu ay onların gələcək intellektual bacarıqlarına təsir edə bilər.

Məlumata görə, xüsusilə sentyabr və oktyabr aylarında doğulan uşaqların zəka baxımından digərlərinə nisbətən bir addım öndə olduğu müşahidə edilib. Bu aylarda doğulan uşaqlar adətən məktəbə yaşıdlarından bir qədər yetkin yaşda başlayır və bu da onların öyrənmə prosesindən daha çox faydalanmalarına şərait yaradır. Araşdırmalara əsasən, bir çox uğurlu lider və tanınmış şəxsiyyət də məhz bu aylarda dünyaya gəlib.

Əlavə olaraq, payız və qış aylarında doğulan körpələrin İQ səviyyələrinin daha yüksək ola biləcəyi ehtimal edilir. Bunun səbəbləri arasında hamiləlik dövründə ananın qidalanması, günəş işığına məruz qalma səviyyəsi və mövsümi faktorlar yer alır.

Bununla belə, alimlər vurğulayır ki, zəkanı yalnız doğum ayı ilə əlaqələndirmək düzgün deyil. Genetik miras, sosial mühit, ailə dəstəyi və təhsil imkanları insanın intellektual inkişafında əsas rol oynayan faktorlardır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.