İdman

Ronaldo sərxoş halda kameraya yaxalandı - azarkeşlər "dəliyə döndü" - VİDEO

5 May 2025 19:35
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi keçmiş futbolçu Ronaldo (Yekədiş) sərxoş vəziyyətdə kameraların obyektivinə düşüb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, məkanların birindən çıxarkən görüntülənib.

Onun sahibi olduğu klub "Valyadolid"in "Barselona"ya uduzduğu matç sonrası bu halı azarkeşləri hiddətləndirib. Klub tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub. Bu nəticələrlə gələn il aşağı liqada - Sequndada mübarizə aparacaq. 

Komanda azarkeşləri Ronaldodan narazıdırlar və klubun satılmağını tələb edirlər.

Onlardan bəzilərinin fikirləri belə olub:

"Valyadolid"imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir".

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.