İdman

Vaqif Hacımətov vəfat etdi

27 İyun 2025 15:53
Baxış: 1 476
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan basketbolu ağır itki ilə üzləşib.

Milli.Az xəbər verir ki, uzun illər Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov vəfat edib.

O, 62 yaşında, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

V.Hacımətov 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. O, SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib. Daha sonra Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.

Peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub. /report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.