Röya icra başçısı ilə niyə görüşüb? - AÇIQLAMA - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev ilə görüşünün görüntüləri sosial şəbəkələrdə yayılıb və bu, geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, görüntülər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən yeni il tədbiri zamanı çəkilib. Tədbir çərçivəsində təşkil olunan konsert proqramında Röya Ayxan da iştirak edib.
Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
Qeyd olunub ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəhbərliyi, müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
"Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.
Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb",- deyə nəzərə çatdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Ağ Şəhər"də bahalı maşınlar toqquşdu - Zəncirvari qəza - (Video)
-
Yeni orqan kəşf edildi
-
"Fənərbağça"da gözlənilməz ayrılıq
-
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
-
Son çempion "Arsenal"dan yeni mövsümə darmadağınlı start
-
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
-
Başı problemlərdən açılmayan BÜRCLƏR
-
Azərbaycanın səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib - (Foto)
-
Ronaldo 977-ci qolunu vurdu - (Video)
-
Türkan Vəlizadənin görüntüləri güldürdü – (Video)
-
Tofiqəxanım Qasımova vəfat etdi
-
Bakıda ağır cinayət: Böyük qardaşını öldürdü
-
Xəzərdə zəlzələ oldu
-
35 yaşlı kişi bıçaqlandı
-
“Qalatasaray” Nərimanın komandasını darmadağın etdi
-
Zaqatalada ağır qəza: Sürücü yanaraq öldü
-
Süzmə, yoxsa pətək balı? - Bunu alın
-
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi - (Foto)
-
Yasəmən ayda 8 milyon qazanacaq
-
Eyni gündə 3 qadınla evləndi - (Video)
-
Dünyadan vaxtsız köçən ulduzlar
-
İnsult riskini artıran axşam vərdişləri
-
İtlərin insanları necə “oxuduğu” məlum oldu
-
Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı





