Mədəniyyət

Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri Şamaxıda çıxış edib - FOTO

30 Dekabr 2025 18:05
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri bölgələrdə mədəniyyətin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib.

Estrada Simfonik Orkestrinin "Yurdumun Sədası" adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb. Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri, Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev, Rövşən Qəhrəmanov ifa ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib. 

Konsertin sonunda Şamaxı rayon icra başçısının müavini Mehriban Eyyubova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli çıxış edərək qonaqları salamladılar və uğurlu konsert münasibətilə təbrik etdilər.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib. 

Konsertin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunması olub. Peşəkar ifaçılıq, zəngin repertuar və canlı orkestr səslənişi Şamaxı tamaşaçılarına unudulmaz musiqi axşamı bəxş edib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.