Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Opera studiyasının səhnəsində Üzeyir Hacıbəylinin çox sevilən və hər zaman populyar olan "O olmasın, bu olsun" tamaşasını nümayiş edəcəkdir.
Tamaşada Azərbaycanın Xalq artistləri Azər Zeynalov - Məşədi İbad, Əkrəm Poladov - Rüstəm bəy, Əməkdar artistlər Gülüstan Əliyeva - Sənəm, Cahangir Qurbanov - qoçu Əsgər, Tural Ağasıyev - Rza bəy, Ələkbər Əliyev - Həsənqulu bəy, Elnur Zeynalov - Xanəndə, solistlər Fəhmin Əhmədli -Həsən bəy, Xalid Bəkirov - Hambal partiyalarında çıxış edəcəklər. Sərvər və Gülnaz rollarını isə gənc solistlər Atəş Qarayev və Fatimə Cəfərzadə ifa edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimii Sevil Hacıyevadı
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az