Sağlamlıq

Qiyməti 30 qəpiyə düşdü: Damarları açır, şəkəri tənzimləyir, mikrobları qırır

3 May 2025 13:53
Baxış: 9 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adana, Türkiyə - Türkiyənin mühüm kənd təsərrüfatı bölgələrindən olan Adanada erkən soğan yığımına başlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il soğanın həm məhsuldarlığı artıb, həm də qiymətləri ciddi şəkildə ucuzlaşıb. Hazırda tarlada soğanın kiloqramı cəmi 7-8 TL (0.3094 AZN) civarındadır.

Yüreğir Ziraat Odası rəhbəri Mehmet Akın Doğan İHA-ya verdiyi açıqlamada bildirib ki, məhsuldarlıq yüksək olsa da, qiymətlərin aşağı düşməsi səbəbindən fermerlər gözlədikləri gəliri əldə edə bilməyib:

"Soğanın tarladan çıxarılması, qablaşdırılması və nəqliyyatı 1 kiloqram üçün 3-3.5 TL təşkil edir. Hazırda 8 TL-ə satılan soğandan fermerin əlində yalnız 4.5-5 TL qalır. Bir dönüm sahənin xərci isə 30-35 min TL-dir. Bu vəziyyətdə qazanc əldə etmək çox çətindir", - deyə Doğan vurğulayıb.

Soğanın xaricə ixracı ilə bağlı da çətinliklər mövcuddur. Misirin ucuz qiymətə soğan satması səbəbilə Rusiya və Avropa ölkələri daha çox Misir məhsullarına üstünlük verir. Eyni zamanda, Türkiyədə analiz müddətinin uzunluğu (təxminən 1 həftə) məhsulun xarici bazara çıxışını çətinləşdirir.

Buna baxmayaraq, bu vəziyyət istehlakçılar üçün əlverişlidir. Qiymətlərin aşağı düşməsi səbəbindən vətəndaşlar keyfiyyətli və faydalı soğanı daha ucuz qiymətə əldə edə bilirlər.

Soğanın sağlamlığa faydaları

Mətbəximizin ayrılmaz hissəsi olan soğan təkcə yeməklərə dad qatmaqla kifayətlənmir, həm də sağlamlıq baxımından əvəzolunmaz faydalar təqdim edir. Bol C vitamini, flavonoidlər və kükürd birləşmələri ilə zəngin olan bu tərəvəz orqanizmin immun sistemini gücləndirir, mikroblarla mübarizə aparır və damarları qoruyur.

Damarları qoruyur, xolesterolu azaldır

Qan şəkərini tənzimləyir, diabet riskini azaldır

Antibakterial təsiri ilə mikroblara qarşı təbii müdafiədir

Bağırsaq fəaliyyətini tənzimləyir və həzmi asanlaşdırır

Saç və dəriyə faydalıdır, saç tökülməsinin qarşısını ala bilər

Antioksidant təsiri ilə bəzi xərçəng növlərinə qarşı qoruyucudur

Soğan - həm mətbəxin, həm də sağlam həyatın əvəzolunmaz sirdaşıdır. Qiymətlərin düşməsi ilə bu şəfalı tərəvəzə daha çox insanın asanlıqla əli çata bilir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.