Türkiyə

Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi

18 Dekabr 2025 01:05
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində test nəticələri müsbət çıxan tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci ifadə verdikdən sonra məhkəmənin qərarı ilə həbs olunub.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Cebeci ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Ədli Tibb Qurumunda aparılan analizlər zamanı onun saç nümunəsində marixuana, sintetik narkotiklər, kokain və bu maddələrin metabolitləri aşkar edilib.

Prokurorluqdakı ifadəsi başa çatdıqdan sonra Sülh Cəza Hakimliyinə sevk edilən spiker Ela Rümeysa Cebeci, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə məhkəmə qərarı əsasında həbs edilib.

İstanbul Respublika Baş Prokurorluğu məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində əldə olunan əlavə sübutlar əsasında Cebeci bu gün yenidən dindirilib və ona qarşı irəli sürülən ittiham üzrə həbs qətimkan tədbiri seçilib.

Aparılan istintaq çərçivəsində spikerlər Meltem Acet və Hande Sarıoğlu da saxlanılıb. Meltem Acetin narkotik testinin nəticələrinin mənfi olduğu bildirilib.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun narkotik istintaqı çərçivəsində Mehmet Akif Ersoy və daha üç nəfər saxlanılmışdı. Bu prosesdən sonra Ersoy Habertürk TV-nin baş redaktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Mehmet Akif Ersoy barəsində "narkotik istifadəsi üçün yer və şərait yaratmaq", "ətrafındakı qadınları cinsi münasibətlərə məcbur edərək maddi və sektoral maraqlar əldə etmək" və "cinayətkar qrup yaratmaq və idarə etmək" ittihamları irəli sürülmüş və o, məhkəmə qərarı ilə həbs edilmişdi.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.