Ölkə

Real iş, yoxsa dələduzluq? - ALDANMAYIN!

5 May 2025 17:50
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar geniş yayılan dələduzluq üsullarından biri - naməlum mənbələrdən göndərilən qazanc vədli mesajlardır. 

Milli.Az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu tip mesajlar əsasən, ani mesajlaşma platformaları üzərindən göndərilir və tərkibində şübhəli keçidlər, eləcə də istifadəçini tez qərar verməyə sövq edən çağırışlar olur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür "asan qazanc" vədlərinə qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, fərdi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı və belə mesajları platforma üzərindən şikayət etməyi tövsiyə edir.

İlqar Şabanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.