Mədəniyyət

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib – FOTO

5 May 2025 22:07
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunub. 

Tədbirin əvvəlində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova konsert iştirakçılarına söz verərək, toplaşan tamaşaçılara giriş sözü ilə müraciət edib. 
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə görkəmli Azərbaycan musiqiçilərinin: bəstəkarların, ifaçıların və müəllimlərin o dəhşətli müharibədə qələbəyə verdiyi töhfələrdən danışıb.
 
BMA-nın tələbələri Nəzrin Məmmədova və Əminə Məmmədova II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış edib.

Bayram konsertinin proqramında Azərbaycanın Xalq Artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Dövlət Xor Kapellasının artistlərinin -  Kamilla İmanova, Elyar Əliyev, Tofiq Zeynalov, Fərhad Ələkbərov, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın məzunu Nərgiz Məmmədova, musiqiçi Cavid Babayev, eləcə də BMA-nın tələbələri Aişə Məmmədova, Nigar Novruzova və Nərmin Günəşova ifalarında o dövrün qəhrəmanlıq hadisələrinə həsr olunmuş klassik əsərləri və müharibə illərinin mahnıları səsləndirilib. Tədbir zamanı tamaşaçılar Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovun və "Yaşlek" Tatar Gənclər Mərkəzinin solistləri Amina Ahmedcanova və Raul Kərimovun ifasında rəqsdən həzz ala bildilər. 
Tədbir zamanı qonaqlar və konsert iştirakçıları müharibə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.