“Yaxşı edib Orxana Sarayda konsertə icazə verməyiblər”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meyxanaçı Vüqar Əbdülov həmkarı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsert vermək istəyindən danışıb.
Milli.Az xəbər verir ki, məsələyə münasibət bildirən Əbdülov deyib ki, Sarayda konsert üçün peşəkar hazırlıq lazımdır:
"Söhbət Heydər Əliyev Sarayından gedirsə, orada İlham Qasımovdur. Onu da çox sevirəm, böyük adamdır. Səhv etmirəmsə, Orxan Lökbatanlı müraciət edib, icazə verməyiblər. Çünki İlham Qasımov bilir ki, o səhnədə hazırlıqsız, məşqsiz, kal, bişməmiş nəyisə təqdim etmək olmaz. Mən Heydər Əliyev Sarayında konsert vermək üçün 3 ay hazırlaşdım. Ansamblla məşqlər etdik, ssenarini göndərdik. Onda da rəhbəri Polad Bülbüloğlu idi, Allah can sağlığı versin. O, məktubu götürdü, sonra məni çağırdı ki, gəl, necə olacaq? Mən də izah etdim. Məqsəd meyxananı səhnədə tamaşa formasında göstərmək idi. Rəqsləri də birinci dəfə orada təqdim etmişdik.
Ədalət Şükürovla, Röya Ayxanla duetlərimiz var idi. Bunların hamısını məşqlərlə göstərdikdən sonra icazə verdilər ki, "edin". İki il ard-arda etdik. Birinci il möhkəm yoxladılar, ikinci il yox. Ora şadlıq sarayı deyil ki, istədiyin konserti verəsən. Böyük saraydır, strateji və dövlət əhəmiyyətli yerdir.
Çox düzgün ediblər, icazə verməyiblər. Fikrimcə, gedib müraciət etsəm, əlimdəki ssenari ilə peşəkar şəkildə təqdim etsəm, başqa səbəb yoxdursa, etiraz etməzlər. Orxan da belə yanaşmalı idi, 2-8 nəfər ansamblla oxumaqla Sarayda konsert edə bilməzsən. Bu, restoranda, ya da başqa böyük məkanlarda olar, amma Sarayda yox. Yaxşı ki, buraxmayıblar. Orxan ora getsə, o biri deyəcək ki, Orxandan nəyim əskikdir, mən də gedim... Yəqin ki, peşəkar olmayan müğənnilər də müraciət ediblər". (bizim.media)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
İllər əvvəlki fotoları gündəm oldu
-
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
-
“Şahzadə Mustafa”dan etiraf
-
Xalq artisti göz yaşı tökdü: “Qızımın cehizləri qırmızı lentlə bağlı qalıb” - (Video)
XƏBƏR LENTİ
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb
-
Totti "Fənərbağça"a üçün İstanbula getdi





