Mədəniyyət

“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib - FOTO

5 May 2025 08:00
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sea Breeze Event Hall"un əsas səhnəsində üç gün davam edən zəngin proqramdan sonra mayın 4-də "Nine Senses Fest"in bağlanış mərasimi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses" İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev "Healing Evening" proqramı ilə çıxış edib.

Konsertdən sonra "Vibrosoundlab" komandası yekun "Ecstatic Dance"ı təqdim edib.

Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları, ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi və rəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekun vurulub.

Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses" İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.