İdman

Qurban Qurbanov Bəhlulla görüşmədiyi videodan danışdı

5 May 2025 00:21
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt" üzərində 2:0 hesablı qələbədən sonra keçirdiyi mətbuat konfransında Bəhlul Mustafazadə ilə görüşmədiyi video haqqında danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistin sualına belə cavab verib:

"Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur".

Xatırladaq ki, "Sabah"la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib. 

Həmin vaxt diqqətçəkən məqam isə onun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub. 

Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkmişdi. Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Bir daha həmin kadrları təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.