Mədəniyyət

Prorektor işdən çıxarıldı - Yeni TƏYİNAT

3 May 2025 12:29
Baxış: 2 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Konservatoriyanın prorektoru vəzifəsindən azad edilib.

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

Milli.Az bildirir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifəsindən azad edilib.

Milli Konservatoriyadan faktı APA-ya təsdiqləyiblər.

Milli Konservatoriyanın prorektoru vəzifəsinə kim təyin edilib?

Eyni zamanda, əldə etdiyimiz xəbərə görə, Nizami Əsədov Milli Konservatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, o, bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.