Ölkə

"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu - VİDEO

5 May 2025 07:07
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kredit götürmək istədi, dələduzluğun qurbanı oldu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Biləsuvar sakini Dürdanə Baxışova deyir ki, 5 min manat məbləğində kredit götürmək istəyib. "Tiktok" sosial şəbəkəsində də banklardan birinə məxsus olduğunu düşündüyü telefon nömrəsi əldə edib və o nömrə ilə əlaqə saxlayıb.

Dürdanə Baxışova deyir ki, bu zaman dələduzlar onun nöməsini "qara siyahı"ya atıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar sosial şəbəkə üzərindən təklif edilən belə şirnikləndirici vədlərə inanmasınlar.

O da bildirildi ki, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməmək, tanımadığınız şəxslərə onlayn qaydada ödəniş etməmək tövsiyə  olunur.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.