Rusiya

Rusiyada təyyarə qəzaya uğradı, pilot həlak oldu – FOTO

28 İyun 2025 10:19
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Primorsk diyarında yüngül mühərrikli ZLIN-142 təyyarəsi qəzaya uğrayıb. Hadisə Novonejino kəndində, dövlət aviasiya aerodromunun yaxınlığında baş verib.

Milli.Az xəbər verir ki, Uzaq Şərq Nəqliyyat Prokurorluğunun verdiyi məlumata görə, qəza bu gün saat 09:45-də qeydə alınıb. Təyyarəni idarə edən 1969-cu il təvəllüdlü pilot hadisə yerində dünyasını dəyişib. Təyyarədə başqa sərnişin olmayıb.

İlkin araşdırmalara əsasən, mərhum təyyarəni pilotluq bacarıqlarını təkmilləşdirmək məqsədilə idarə edirmiş. Qəzanın tam səbəbləri isə hələlik açıqlanmır. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.