Ölkə

Qayda pozan sürücünün narkotik aludəçisi olduğu üzə çıxdı - VİDEO

28 İyun 2025 12:55
Baxış: 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad rayon sakini Xəyal Mustafayev "Toyota" markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının stasionar postunda saxlanılıb.

Bu barədə Milli.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan Xəyal Mustafayev inzibati məsuliyyətə cəlb edilib.

"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.