Mədəniyyət

Bakı Piano Festivalı 202 - Simon Raab Jazz Trio çıxış edib - VIDEO - FOTO

28 İyun 2025 16:43
Baxış: 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib. Simon Raab Jazz Trio Rotunda Roof Garden-də çıxış edib. Konsertdə Saymon Raab (piano), Martin Koçian (bas), Miçat Virzqon (zərb alətləri) çıxış ediblər.

Saymon Raab musiqiyə ifadəli, eksperimental və çoxjanrlı yanaşması ilə tanınan avstriyalı caz pianoçusu və bəstəkarıdır. Pianoçu ənənəvi cazı müasir harmoniyalarla birləşdirir. Musiqiçi bir sıra nüfuzlu mükafatlara, o cümlədən Austrian Newcomer Award mükafatına malikdir.

Bakı Piano Festivalı 2025 iyunun 28-dək davam edəcək. İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərin səsləndiyi geniş konsert proqramından həzz alacaqlar. "Bakı Piano Festivalı 2025" çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların "We are the Future" konsertidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.