Hadisə

Şabranda ağır qəza - Ölən var - yenilənib - FOTO

28 İyun 2025 18:49
Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:49

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Niva" markalı minik avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşub, daha sonra isə, "Kamaz" qarşıdan gələn "Atego" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı 3 nəfər ağır xəsarətlər alıb. "Niva"nın ağır yaralanan sürücüsü Əmrulla Ağakişiyev deformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Digər iki sürücü, Elnur Cəbrayılov və Samir Ağayev isə, Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb, onların da vəziyyəti ağır qiymətləndirilir.

Qəzaya "Niva" markalı nəqliyyat vasitəsinin manevr qaydalarını pozmasının səbəb olduğu bildirilir. Hadisə yerinin avtotexniki ekspertizası aparılıb, araşdırmalar davam etdirilir.

-----------
18:08

Şabranda ölümlə nəticələnən qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-Niva", "KamAz" və "Mercedes-Atego" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.