Bakı Piano Festivalı 2025 çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Rüya Taner (Şimali Kipr), pianoçu Yeganə Axundova və Valid Ağayevin dirijorluğu ilə Bakı Kamera Orkestrinin iştirakı ilə klassik musiqi konserti keçirilib.
Tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Arts Council-ın təşkilatçılığı ilə müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi də keçirilib.
Musiqi ictimaiyyətinin və ziyalıların tanınmış nümayəndələrinin iştirak etdiyi konsert konsert proqramı ilə yadda qalıb. Musiqiçilər gecəni izləyicilər üçün unudulmaz edib, onlar da sürəkli alqışlarla cavab veriblər.
Bakı Piano Festivalı 2025 iyunun 28-dək davam edəcək. İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərin səsləndiyi geniş konsert proqramından həzz alacaqlar. "Bakı Piano Festivalı 2025" çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların "We are the Future" konsertidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az