Ölkə

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldı - yenilənib - VİDEO

28 İyun 2025 18:35
Baxış: 1 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:35

Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb.

APA xəbər verir ki, gəncin meyiti Hövsan qəsəbəsində aşkarlanıb.

Qeyd edəki ki, iyunun 26-ı axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində 27 yaşlı Cümşüd Cümşüdov kanalizasiya quyusuna düşüb.

---------------
17:05

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb.

Milli.Az xəbər verir ki, hadisənin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə "lyuk"un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.

AZTV də sözügedən hadisə ilə bağlı ərazidən süjet hazırlayıb. Bildirilib ki, həmin ərazidə asfalt örtüyü 6 ay əvvəl çöküb və problem hələ də həllini tapmayıb.

Qeyd edək ki, hadisənin iyunun 26-sı baş verdiyi bildirilir. Axtarış-xilasetmə işləri hələ də davam etdirilir.

Cümşüd ailənin tək övladı olub və o hadisə baş verən gün evdən marketə getmək adı ilə çıxıb.

Daha ətraflı süjeti və görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.