Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Ukraynanın Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski özünün sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan Respublikasına işgüzar səfərimə Ukraynanın Konstitusiya Günü münasibətilə Ukraynanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirakla başladım.
Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı silahlı təcavüz və işğalçılar tərəfindən törədilən saysız-hesabsız cinayətlər fonunda biz hamımız Ukrayna Konstitusiyasında əks olunmuş dəyərlərin əhəmiyyətini yenidən qiymətləndiririk. Əsas Qanun Ukrayna xalqının birliyinin nüvəsidir", - o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın müxtəlif guşələrində Ukrayna diasporasının iştirakı ilə keçirilən Konstitusiya Günü münasibətilə təşkil olunmuş tədbirlər şübhəsiz ki, xaricdə yaşayan ukraynalılarla Ukrayna dövləti arasında bağların möhkəmlənməsinə və birliyə xidmət edir:
"Bu təşəbbüsə görə Azərbaycandakı Ukrayna icmasına da təşəkkürümü bildirirəm!
Qarşıda Ukrayna və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu məsləhətləşmələr zamanı əldə olunacaq razılaşmalar xaricdə yaşayan həmvətənlərimizin konsulluq müdafiəsinin səviyyəsinin artırılmasına töhfə verəcək və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi istiqamətində növbəti addım olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və UNOCT arasında terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
XƏBƏR LENTİ
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi
-
Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq
-
Maliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
-
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib
-
Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu
-
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın saxlanıldı
-
Gülay Zeynallı Cennifer Lopezlə eyni libasda - (Foto)
-
Azərbaycanın daxili dövlət borcu azaldı
-
Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa qoyuldu
-
Rəssam Fərid Rəsulov “Azərxalça” ASC-nin sərgi salonunda sənətsevərlərlə görüşüb - (Foto)
-
44 qram qızıl aldılar, görün içindən nə çıxdı... (Video)
-
Şəbnəm Tovuzlu: "Paridən 1800 dollara çanta aldım, qızım əsəbiləşdi" (Video)





