İdman

Qadın güləşçimiz karyerasını başa vurdu

28 İyun 2025 15:53
Baxış: 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın qadın güləşçisi Elis Manolova 29 yaşında karyerasını başa vurub.

Bu barədə Milli.Az-a Güləş Federasiyasından (AGF) məlumat verilib.

Təcrübəli güləşçi bu qərarının səbəbi kimi zədələri göstərib:

"Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm".

Qeyd edək ki, E.Manolova 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxan idmançı böyüklər arasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.