Dünya

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş - VİDEO - FOTO

28 İyun 2025 11:40
Baxış: 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A. saxlanılıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə avtobusda baş verib.

İddialara görə, pensiyada olan hakim A.M.A. sərnişin G.T.-nin ətək altından fotoşəkillərini çəkib. Bu zaman avtobusdakı digər sərnişinlər və A.M.A. arasında mübahisə yaranıb.

Sürücü avtobusdakı qarşıdurmanın qarşısını almaq üçün qapıları kilidləyərək avtobusu birbaşa polis şöbəsinə sürüb. Polis tərəfindən saxlanılan A.M.A. sonra məhkəməyə təqdim edilib. Növbəti mərhələdə barəsində həbs istəyi ilə məhkəməyə göndərilən təqaüdçü hakim, məhkəmə tərəfindən şərti azadlığa buraxılıb.

Qeyd edək ki, avtobusdakı mübahisə anları nəzarət kameraları tərəfindən qeydə alınıb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.