Ölkə

İstirahət günü Bakıda 33, bölgələrdə isə 36 dərəcə isti olacaq

28 İyun 2025 12:11
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +20 dərəcədən +23 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.