Ölkə

Şəhid anası vəfat etdi - FOTO

28 İyun 2025 12:01
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir şəhərində dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, R.Əhmədov 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Mingəçevir şəhər 9 saylı tam orta məktəbi bitirib. Orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2016-ci ilin aprelin 14-də düşmənin silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub.

İki övladı yadigar qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.