Hansısa bir şirkət viza ilə bağlı qarantiya verirsə, bu, cəfəngiyatdır - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra xarici ölkələrə səfər zamanı viza tələb olunur. Vizalar tələblərə uyğun olaraq səfirlik və konsulluq şöbəsindən, yaxud səfirliklərin əməkdaşlıq etdiyi ixtisaslaşmış şirkətlərdən əldə edilir.
Bu barədə Trend-ə açıqlamasında turizm üzrə ekspert Cəfər Qarayev deyib.
O qeyd edib ki, bu şirkətlər turizm şirkətləri deyil:
"Həmin şirkətlər beynəlxalq. yaxud yerli viza üzrə ixtisaslaşıblar. Viza əldə etmək üçün turistlər tərəfindən həmin ölkələrin əməkdaşlıq etdiyi şirkətlərlə görüş günü təyin edilir, zəruri sənədlər hazırlanır və təqdim olunur. Daha sonra bu sənədlər toplanaraq səfirliyə göndərilir".
"Tövsiyə edərdik ki, vətəndaşlar etibarlı turizm şirkətlərinə müraciət etsinlər ki, onlar sənədləri birbaşa toplasınlar və görüş götürsünlər. Görüşdə vətəndaş yığılmış sənədlər paketi ilə birlikdə şirkətə yaxınlaşaraq təqdim etsin".
Ekspert sosial şəbəkələrdə yayılan reklamlara çox da inanmamağı tövsiyə edib:
"Sosial şəbəkələrdə tanınan, tanınmayan, rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən hər kəs xidmətlərini reklam edir. Ona görə də məsləhət və tövsiyədir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü olan şirkətlərə müraciət etsinlər. Həmin şirkətlərin əməkdaşlarının göstərdiyi xidmət nəticəsində vətəndaşlarımız imtinalar almaz, yaxud aldanmazlar", - C.Qarayev qeyd edib.
Turizm eksperti Nizami Həsənov isə Trend-ə açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı ciddi problemlər yaşanır:
"Belə hallar bir çoxumuzun qarşısına çıxır. Viza dələduzları, adətən, sosial şəbəkələr vasitəsilə müxtəlif cəlbedici reklamlarla, manevrlərlə vətəndaşlarımızı qarantiyalı viza ilə əlaqədar aldadırlar. Hansısa bir şirkət iş, turist, təhsil vizası ilə bağlı qarantiya verirsə, bu cəfəngiyyatdır, yalan üzərində qurulan vədlərdir. Biz uzun illərdir bu sahədə çalışırıq. Mən bu sahədə çalışdığım 17 ildə belə hallarla çox rastlaşmışam. Hər kəs bilməlidir ki, viza qarantiya ilə olmur. Heç kim Səfirliyin yerinə qarant dura bilməz. Diplomatik korpusların fəaliyyətinə aid olan məsələlərdə heç bir şirkət bunu əminliklə deyə bilməz".
"Bu gün statistik məlumatlara nəzər salsaq, ən çox fırıldaqçılığa turizmin bu sahəsində rast gəlinir. Belə halların sayı həddən artıq çoxdur. Vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırırıq. Belə hallarla rastlaşmamaq üçün hansısa vədverici reklamlara inanmamağa səsləyirik. Vətəndaşlar mütləq şəkildə əvvəlcədən şirkətin ofislərinə baxış keçirməli, hüquqi sənədlərini tələb etməlidirlər", - N.Həsənov deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)





