İsmayıllıda alban tayfalarına aid ibadətgah qalıqları və məişətə dair materiallar aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda qədim alban tayfalarının izləri sənədləşdirilir. Tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın rəhbərliyi ilə həyata keçirilən antropoloji ekspedisiya qədim alban tayfalarının tarixi-mədəni izlərinin araşdırılması baxımından mühüm nəticələr verib.
İnstitutdan Milli.Az-a verilən məlumata görə, tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının etnik, dini və mədəni mirasına dair yeni məlumatlar əldə olunub, bu sahədə elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən faktlar qeydə alınıb.
Ekspedisiya çərçivəsində rayonun Qalağah, Vəng, Hapıt, Gənzə, Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Hacıhətəmli və Basqal kimi kəndlərində aparılan tədqiqatlar nəticəsində alban tayfalarına aid qəbiristanlıqlar, xaçdaşlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkar olunub.
"Tədqiqatlar göstərir ki, İsmayıllı ərazisi alban tayfalarının sıx məskunlaşdığı və uzunmüddətli mədəni iz qoyduğu bölgədir. Aşkar edilən mədəni irs nümunələri, yerli əhalinin şifahi ənənələrində qorunan inanc sistemləri, toponimlər və mərasim adətləri bu qənaəti təsdiqləyir. Xüsusilə Qalagah, Vəng, Qoşakənd, Gənzə kimi qədim kəndlərdə qeydə alınan alban xristian simvolları, pir yerləri və memarlıq qalıqları Qafqaz Albaniyasının dini və etnik irsinə dair yeni bilgilər təqdim edir.
Qalacıq və ətraf kəndlərdə müşahidə edilən hapıt qəbirləri və erkən dövr ibadətgahlarının izləri və toponimlər bölgədə unikal etnik-mədəni təbəqələşməni göstərir. Alınan nəticələrə əsasən, alban tayfalarının etnogenetik izləri bu gün də bölgənin dialekt, etnoqrafik ənənə və mifoloji yaddaşında yaşamaqdadır", - deyə məlumatda vurğulanıb.
Elmi ekspedisyanın rəhbəri, professor Məhəbbət Paşayeva bildirib ki, hazırda toplanmış materialların sistemləşdirilməsi və təhlili mərhələsi davam edir. Tədqiqatların nəticələri yaxın zamanda elmi məqalələr şəklində ictimaiyyətə təqdim olunacaq.
Qeyd edilib ki, bu ekspedisiya yalnız elmi deyil, həm də milli-mədəni irsin qorunması və tanıdılması baxımından mühüm addım hesab olunur. Qafqaz Albaniyasının az tədqiq olunmuş antropoloji xəritəsinə İsmayıllı rayonu kontekstində yeni bir baxış təqdim edən bu araşdırma həm yerli tarix, həm də ümumqafqaz etnogenetik prosesi üçün dəyərli töhfədir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
XƏBƏR LENTİ
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var





