Rusiya

Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir

28 İyun 2025 21:06
Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda saxlanılan Azərbaycan vətəndaşlarının cinayətkar etnik qrupa daxil olduqlarını və sifarişli qətllər törətməkdə şübhəli bilindiklərini təsdiqləyib.

Milli.Az-ın məlumatına görə, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib:

"İstintaqın məlumatına görə, etnik cinayətkar qruplaşmanın tərkibində olan müttəhimlər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər. Artıq bir neçə şübhəli şəxs etiraf edib, bu şəxslərlə birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir".

İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürmə və muzdla adam öldürmə maddələri ilə cinayət işi araşdırılır. Ən ağır cinayətlərə görə qrup üzvlərini ömürlük həbs cəzası gözləyir. Hazırda şübhəlilərin həbs edilməsi məsələsi həll edilir, digər cinayətlərdə iştirakları yoxlanılır. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.