Amerikadan gətirilən "Hyundai Sonata" modellərində ciddi qüsur aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Pərviz usta məlumat verib.
O, bildirib ki, Amerikadan gələn bəlkə də 30-cu Hyundai Sonatadır ki, benzin çəni şişərək maşını deformasiyaya uğradır, ölüm riski yaradır.
Ustanın dediyinə görə bu problem ancaq Amerikadan gətirilən 1,6 Sonatalarda aşkarlanıb. Avropa üçün nəzərdə tutulan və Azərbaycanda servisdə satılan maşınlarda bu problem yaşanmır.
İslam
Milli.Az