Lizinqlə avtomobil alanların DİQQƏTİNƏ!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar vətəndaşların lizinq şirkətləri tərəfindən aldadılması ilə bağlı şikayətlər çoxalıb. Şirkətlər ödənişin son aylarında saxta problemlər yaradır, avtomobilin şəxsin əmlakı kimi rəsmiləşdirilməsinə süni əngəllər törədir.
Trend-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, lizinq şirkətləri ilə bağlı son dövrlər şikayətlər çox olur:
"Burada əsas səbəb insanların diqqətsizliyidir. İnsanlarımız müqavilələri dəqiq oxumurlar. Lizinq şirkətləri lazımsız fikirlər yazırlar. Bu zaman da lizinq şirkətləri həmin müqavilənin müddəalarının yerinə yetirilməsini tələb edirlər. Digər bir problem lizinq şirkətlərinin sürücülər barədə yazılan cərimələri vaxtında onlara bildirməməsidir. Cərimə bildirişi şirkətə gəlir, amma onlar bu barədə sürücüyə məlumat vermir. Bu zaman da sürücünün xəbəri olmadan sürücülük hüququ məhdudlaşdırılır, yaxud avtomobilin üzərinə həbs qoyulur. Bu baxımdam, düşünürəm ki, lizinq şirkətlərinin bu cür özbaşınalıqlarının qarşısını almaq üçün sənədləşdirmə işlərində müəyyən dəyişikliklərə getmək lazımdır".
E.Muradlının sözlərinə görə, dolların bahalaşması fonunda kreditlə avtomobil almaq çətinləşib:
"Ona görə də lizinq şirkətlərinə maraq artdı. Bu gün lizinq şirkətlərinin bəziləri bundan çox pis formada istifadə edirlər. Ödənişlə bağlı çox cüzi gecikmə olan zaman sürücünün əlindən avtomobili alırlar. Ödəniş bitəndən sonra özlərindən başqa ödənişlər çıxarırlar. Bu məsələlərə ciddi yanaşılmalıdır. Adamlar var ki, illərlə yığdığı pulu verir, aylarla da avtomobil üçün pul ödəyir.
Bir günlük gecikmə nəticəsində avtomobil əlindən alınır. Bu, insanların düşdüyü vəziyyətdən sui-istifadə etməkdir. Buna dövlətin məsul qurumları tərəfindən ciddi nəzarət olunmalıdır. İnsan aylarla ödəniş edir, lizinq şirkəti ödənişin bitməsinə 2-3 ay qalmış həmin adamda cüzi səhvlər axtarır ki, maşını əlindən alsın. Amma bu, fırıldaqçılıq, işbazlıq, mədəni soyğunçuluqdur".
İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə bildirib ki, vətəndaşlar tanınmış şirkətlərlə işləməyə çalışmalıdır:
"Bağlanan müqavilələrə diqqət edilməlidir ki, lizinq dövrünün sonunda əmlakın mülkiyyətinin onlara keçəcəyinə əmin olsunlar. Alqı-satqılar rəsmi distribüterlərdə aparılmalıdır. Bəzən qiymətlərə görə tanınmayan müəssiəslərə müraciət edirlər. Həmin müəssisələr üçün reputasiya önəmli deyil. Onlar bazarda uzun müddət qalmır, yaxud əvvəlcədən dələduzluq əməlini planlaşdırırlar".
"Vətəndaş istənilən halda diqqətli olmalıdır. Yadda saxlamaq lazımdır ki, banklar lizinq faəliyyəti ilə çox vaxt məşğul olmur. Bu fəaliyyətlə daha çox Bank Olmayan Kredit Təşkilatları (BOKT) məşğul olurlar. Onların da, adətən, faizləri yüksək olur. Ona görə də şərtlər diqqətli oxunmalıdır. Lizinq şirkətləri müştərini həvəsləndirmək üçün şirnikləndirici təkliflər edirlər. Dələduzluq qanuni fəaliyyət deyil ki, nəzarətə götürülsün. Əgər aldatmaq niyyətləri varsa, harada olsa, edəcəklər. Sadəcə olaraq diqqət etmək lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





