Dünya

17 milyon avroya ən hündür İsa Məsih heykəlini tikmək istəyirlər - Sakinlər narazıdır

28 İyun 2025 17:36
Baxış: 474
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın paytaxtı Madrid yaxınlığındakı kiçik Boadilja-del-Monte şəhərində tikilməsi planlaşdırılan İsa Məsihin dünyadakı ən hündür heykəli ciddi ictimai narazılıq doğurub. 

Milli.Az xəbər verir ki, Şəhər Şurası layihəyə razılıq versə də, bu təşəbbüs sakinlər arasında ziddiyyətli reaksiyalara səbəb olub.

Planlar və müqayisələr

"Olive Press" nəşrinin yazdığına görə, katoliklərin təşəbbüsü ilə inşa olunacaq bu nəhəng abidə İsa Məsihi 37 metr hündürlükdə və 60 metr enində əks etdirəcək. Bu ölçülər onu Rio-de-Janeyrodakı məşhur "Xilaskar İsa" heykəlindən (30 m) və hal-hazırda dünyanın ən hündür İsa heykəli sayılan Polşanın Svebodzin şəhərindəki abidədən (33 m) daha böyük edəcək.

Layihə Boadiljada fəaliyyət göstərən "İsanın Qəlbinə Vəfa" adlı mülki katolik assosiasiyası tərəfindən irəli sürülüb və şəhərin "dini sədaqət mayakı"na çevrilməsi məqsədini daşıyır.

Mübahisənin mahiyyəti

Heykəlin tərəfdarları bildirirlər ki, bu abidə təkcə turist cəlbediciliyi deyil, həm də "ümid mayakı" olacaq. Assosiasiyanın nümayəndəsi Xuan Peres deyib: "Məqsədimiz insanları ruhlandırmaq və birləşdirməkdir. Bu, təkəbbür və nümayiş yox, sevgi və imanın görünən ifadəsidir".

Lakin layihəyə qarşı çıxanlar 17 milyon avro məbləğində ianələrin daha vacib yerli ehtiyaclara yönəldilməsinin daha məntiqli olacağını düşünürlər. Qarşı tərəf eyni zamanda ətraf mühitə potensial zərər və tikinti sahəsinin avtomagistrala yaxınlığı səbəbilə yol nəqliyyatında sıxlıq artımından narahat olduqlarını bildirir.

Sosialist İşçi Partiyasının (PSOE) yerli nümayəndəsi Alessandra del Monako qeyd edib: "Boadiljadakı torpaq qiymətlərini nəzərə alsaq, bu qədər əlverişli ərazinin belə bir layihəyə verilməsi tamamilə məntiqsizdir".

Qeyd edək ki, torpaq sahəsi layihə üçün yaxın zamanda şəhər şurası tərəfindən ayrılıb. Hökumət orqanlarına hazırda mühafizəkar Xalq Partiyası rəhbərlik edir.

Əgər layihə kifayət qədər ictimai dəstək qazanarsa, tikinti işlərinə 2027-ci ildə başlanılması, işlərin isə 2030-cu ilin iyun ayında tamamlanması planlaşdırılır./Qaynarinfo 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.