Ölkə

Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb

28 İyun 2025 20:00
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri - Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.