Bir neçə gün əvvəl bombalamışdı, indi 30 milyard yardım edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ İranı masaya qaytarmaq üçün 30 milyard dollarlıq yardım planı hazırlayıb.
Milli.Az bildirir ki, bu iddia ilə CNN çıxış edib.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla İsrail arasında baş verən 12 günlük müharibənin ardından əldə edilən atəşkəsdən sonra Tehranı nüvə danışıqlarına qaytarmaq üçün yeni təşəbbüslərlə çıxış edib.
CNN-in yaydığı xəbərə görə Trampın rəhbərliyi İranı müzakirə masasına əyləşdirmək üçün ancaq "sivil nüvə proqramları" çərçivəsində istifadə ediləcək 20-30 milyard dollar arası yardım paketi hazırlayıb. Məlumata əsasən bu vəsaitin əsasən Körfəz ölkələrindən olan ərəb müttəfiqlər tərəfindən qarşılanması nəzərdə tutulur.
Mənbələr bildiriblər ki, sözügedən yardım planı ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun rəhbərliyi ilə keçirilən qapalı toplantıda müzakirəyə çıxarılıb. Həmin görüşdə İranın uranı zənginləşdirmədən, yalnız sülh məqsədli enerji istehsalına yönəlik nüvə proqramına dəstək göstərilməsi təklif edilib.
Bundan əlavə, təklif paketində bəzi iqtisadi sanksiyaların yumşaldılması və Tehranın xarici banklardakı, istifadəsi məhdudlaşdırılmış 6 milyard dollarlıq aktivlərinə çıxışına icazə verilməsi də yer alıb.
ABŞ administrasiyası bu yolla bölgədə gərginliyi azaltmaq və İranı danışıqlara cəlb etməyi hədəfləyir. Hazırda rəsmi Tehran bu iddialarla bağlı hər hansı açıqlama verməyib.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Günün qoroskopu: Şəxsi həyatınızda bəzi gərginliklər yaşana bilər
-
Qubadlının işğaldan azad edilməsindən 6 il ötür
-
Bakıya yaxın bu ərazilərdə ucuz mənzillər satılır - (Video)
-
“Qızımı belə böyütməməli idim“ - Sənubər İsgəndərli
-
Rafet El Romanın azərbaycanlı nişanlısı - (Foto)
-
Bəzi kolleclər bağlana bilər - (Video)
-
Bacısı Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı
-
Deputatın oğlu "Yeraz Əhməd" dava edənləri barışdırmaq istəyirmiş - (Video)
-
"Cəhənnəm Necati"yə hökm oxundu
-
“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Engin Altana ağır itki - (Foto)
-
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
-
“Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə - Yenilənib
-
Zeytun Festivalının açılışı olub - (Foto)
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
-
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - (Foto)
-
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
"Arsenal" "Everton"u məğlub edib - İngiltərə Premyer Liqası





