Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Politoloq Vəfa Quluzadə mənim doğma xalam oğludur. Anam onu çox istəyirdi. Ona "atam-atam" deyirdi. Vəfa Quluzadə evlənəndə anam "Evimizə gəlin gəlir" şeirini yazdı. Sonralar bu şeirə Ağabacı Rzayeva mahnı bəstələdi.
Biz uşaqlıqdan Vəfa ilə bir yerdə böyümüşdük. Onunla bacı-qardaş kimi idik. Vəfanın bir oğlu, bir qızı var idi. Oğlu ondan əvvəl rəhmətə getdi. Vəfa bu dərdə dözmədi. Bir müddət sonra dünyasını dəyişdi. Bu gün Vəfanın ailəsi ilə heç bir əlaqəm yoxdur. Allah ona qəni-qəni rəhmət etsin".
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.
"Anamın sözlərinə bəstələnmiş mahnılar çoxdur. Çıxıb efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb. Mənim nə yaşım var, nə də həvəsim onlarla mübarizə aparım. Elələri də var ki, tanınmayanda götürüb oxuyub, indi artıq "ulduz" olub. Mən istəsəm, onlara qadağan da edərəm. Amma bilirəm ki, nəticəsi, təsiri olmayacaq", - deyə o bildirib.
Xatirə Dilbazi bildirib ki, analı dünyası üçün çox darıxır: "Mən atasızlıq hiss etməmişəm. Anam ikinci dəfə ailə həyatı quranda mən artıq özüm də ana idim. Səməd Vurğun da deyirdi ki, Mirvarid, ailə həyatı qur, adına söz çıxararlar.
O insanlara həmişə həsəd aparmışam ki, yaxşı valideynləri olub. Mənim də valideynlərim gözəl insanlar olub. Mən dünənə qədər dünyanı başqa rəngdə görmüşəm. Analı dünyam bir başqa olub", - deyə şairin qızı bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır





