Ölkə

Müəllimlərin müsabiqəsindəki problem həll olundu

5 May 2025 11:27
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində yaranmış problem aradan qaldırlıb.

Milli.Az xəbər verir ki, müsabiqənin vakansiya seçiminin sonuncu günü - dünən iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu mərhələsindən keçmiş müəllimlər şəxsi səhifələrinə keçid edə bilmirdilər.

Nəticədə onlarla müəllim elektron ərizəsini təsdiqləyə bilməyib. Müəllimlər problem barədə sosial şəbəkələrdə məlumat verib sistemə cavabdeh qurumlardan kömək istəmişdilər.

Bu gün səhər saatlarında problem həllini tapıb. Müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq vakansiya seçimi edə və ərizlərini təsdiqləyə bilərlər.

Müsabiqə üzrə vakansiya seçimi bu gün - 5 may saat 13:00-da başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.