Mədəniyyət

Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək

3 May 2025 11:44
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişləri davam edir.

Milli.Az xəbər verir ki, mayın 4-də paytaxtın mərkəzi hissəsində filmin bəzi epizodlarının çəkilişləri aparılacaq.

Qeyd edək ki, həmin gün keçiriləcək "Bakı Marafonu 2025" ilə əlaqədar bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırıılmasından istifadə edilərək filmin çəkilişlərinin səhər saat 04:00-09:45 aralığında həmin ərazilərdə aparılması nəzərdə tutulur.

Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlaşdıran "44" bədii filminin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.