Hadisə, Kriminal

CİNSİ AZLIQLARA hücum edən prezidentliyə namizəd HƏBS EDİLDİ

3 Noyabr 2021 15:58
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstan prezidentliyinə namizəd Boyan Rasate şənbə günü LGBT icmasının ofisinə hücumda şübhəli bilinərək polis tərəfindən həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həbsdən əvvəl Mərkəzi Seçki Komissiyası Rasatenin toxunulmazlığının ləğv edilməsi ilə bağlı prokurorluğun vəsatətinə razılıq verib.

Qeyd edək ki, şənbə günü Rasate də daxil olmaqla, təxminən 12 nəfər şəxs Bolqarıstanın paytaxtında LGBT icmasının ofisinə hücum edib. Qurumun əməkdaşlarından biri yüngül bədən xəsarətləri alıb, ofisdəki mebel və avadanlıqlar sıradan çıxıb.

İcma üzvlərinin şikayəti əsasında məhkəmə onların həbs olunması barədə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.