Hadisə, Kriminal

41 yaşlı pedofilin əməlləri ŞOK YAŞATDI: iki azyaşlının naləsi...

8 Oktyabr 2021 11:06
3 Şərh     Baxış: 2 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada pedofilin 2 azyaşlı qıza təcavüz edərək, onları vəhşicəsinə öldürməsi ölkədə şok yaşadıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Sibirin Kiselevsk şəhərində baş verib.

Rusiya İstintaq Komitəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəhər sakini 41 yaşlı Viktor Pesternikov olub.

Hadisənin təfərrüatları məlum olub. Törətdiyi cinayəti etiraf edən Viktor bildirib ki, hədəf kimi kasıb ailələrdən olan iki 10 yaşlı qızı - Nastya və Ulyananı seçib: 

"Adətən kasıb ailələrdə hədiyyələr nadir hallarda olur. Bundan istifadə edərək, göyərçinlər dolu meydana gələn uşaqlara yaxınlaşdım. Onlara dən verərək quşları yemləməyi təklif etdim. Sonra uşaqlara şirniyyat alıb dovşanlara baxmaq bəhanəsi ilə öz mənzilimə gətirdim". 

V.Pesternikov evdə əvvəlcə qızlardan birini zorlayır və sonra boynunu sındırır. Növbəti "oyunu" azğın formada digər qızın başına gətirir. Bu azmış kimi, səhərə qədər 10 yaşlı qıza işgəncələr verir, onu içki içməyə, siqaret çəkməyə məcbur edir. Səhər ikinci qurbanını da vəhşicəsinə öldürür.

Qeyd edək ki, iki uşaq qatilini ömürlük həbs cəzası gözləyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.