Məşhur generalın qardaşı barədə yenidən cinayət işi başlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sərhəd Xidmətinin tabeliyində olan "Sərhədçi" İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.
Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə "Qarabağ" ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.
Nağıyev 6 illik həbs hökmündən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov hökmü qüvvədə saxlayıb. Fevralın 12-də isə hərbi prokurorun müavini Fuad Məmmədovun qərarı ilə onun barəsində dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə yenidən cinayət işi başlanıb.
İddia olunur ki, Nağıyev rəis müavini işlədiyi dövrdə - 2019-cu ilin iyulunda birgə biznes qurmaq adıyla "Sərhədçi"nin binasında Asif Qurbanovdan 100 min, DSX-də gizir kimi işə düzəltmək üçün Əlamət Bəşirovdan 6 min, tikinti ilə bağlı tenderdə qalib olmaqdan ötrü Ağayar Süleymanovdan 10 min manat pul alıb.
"Elxan Nağıyevlə görüş zamanı o bizdə elə böyük bir təəssürat yaratdı ki, sanki həmin şəxs, həqiqətən də, öz kiçik kabinetində oturub bütün Azərbaycanı idarə edir. Prezident Administrasiyasının məsul şəxsləri, nazirlər, icra başçıları ilə yaxın münasibətləri olduğunu, istənilən problemi həll edə biləcəyini deyirdi", - Zərərçəkmiş qismində tanınan şəxslərdən Asif Qurbanov belə deyir.
Onun sözlərinə görə, Nağıyevə verdiyi puldan 55 min qaytarılıb - bir dəfə 40 min, ikinci dəfə 15 min: "Maaş kartını da mənə verib demişdi ki, içində 10 min pul var. Amma kartı itirdim. Xahiş etdim ki, yenisini çıxarıb versin, eləmədi".
O, general Nağıyevə də müraciət edərək qardaşına verdiyi pulları sələmlə götürdüyünü vurğulayıb. Qalan 45 min manatın qaytarılması üçün yardım istəyib:
"Bilirəm ki, Dövlət Sərhəd Xidmətində vəzifənizə bərpa olunmusunuz. Xahiş edirəm, pulun qaytarılmasına kömək edin. Faiz, borc içində batıram..."
Təqsirləndirilən polkovnik özünü qismən təqsirli bilib. O, müəyyən adamlardan pul aldığını təsdiqləsə də, kimsəni aldatmaq niyyəti olmadığını vurğulayıb.
Ə.Nağıyev 2020-ci ilin mayında CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə suçlanaraq həbs edilib. O, avqustda həbsdən buraxılıb.
Prokurorluq onun cinayət məsuliyyətindən azad edilmədiyini, sadəcə, barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləndiyini açıqladı. Oktyabrda AzadlıqRadiosu general Nağıyev haqqında cinayət işinə xitam verildiyi haqda məlumat əldə etsə də, Baş Prokurorluq bunu təkzib etdi. Bildirildi ki, Nağıyev haqqında cinayət işinin istintaqı davam edir. Dekabrda isə prezidentin sərəncamı ilə "Qarabağ" ordeni ilə mükafatlandırıldıqda məlum oldu ki, ev dustaqlığında olan Nağıyev müharibədə iştirak edibmiş. Daha sonra onun haqqında cinayət işinə xitam verildiyi və DSX-d işini davam etdirdiyi haqda məlumat yayıldı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Ömürlük həbsdən səhvən qurtuldu, Türkiyədə tutuldu - Avtoritet keçmiş sovet ölkəsini alt-üst etdi
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb - Yenilənib
-
Deputatın oğlunun iştirakı ilə cinayətdə öldürülən Ceyhunla bağlı yeni detal
XƏBƏR LENTİ
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi
-
Sülh sazişi imzalana, yaxud sadəcə kağız üzərində qala bilər
-
Bakıda ev almaq istəyənlər üçün yeni imkan
-
Gənclər arasında yeni trend yayıldı: Çəkiclə üzlərinə vururlar - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
-
Yasamalda məşhur restoran bağlandı
-
“AzParking” tətbiqində yeniliklər: Sürücüləri hansı dəyişikliklər gözləyir?
-
Qarabağ suvarma kanalının yenidən qurulması üzrə İşçi qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan QHT-lərindən İran Prezidentinə - Açıq məktub
-
Müğənni Sevda: "12 ev dəyişmişəm"
-
Bakı səhnəsində “Turandot”un möhtəşəm premyerası: pərdəarxası - (Foto)
-
Flik "Real"a məğlubiyyətin səbəbini açıqladı
-
Ordubadda ayı sakinlərə hücum etdi - (Video)
-
Magistral yolda faciə: İki piyada həyatını itirdi - Anbaan video
-
Rafet El Romandan azərbaycanlı nişanlısı ilə bağlı diqqətçəkən açıqlama
-
Biz əyalət deyilik, yaxud İlbər Ortaylının boş qalan yeri…
-
Türkiyədə fond böhranı: AKP-nin nüfuzlu simaları ilə bağlı iddialar
-
Ermənistana keçən çoban Azərbaycana qaytarıldı





