Kriminal

Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb - YENİLƏNİB

25 Dekabr 2020 13:35
Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:35

Binəqədi rayon Məhkəməsində Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C. Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

---------

11:12

Bu gün Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərovun məhkəməsi keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın vəsatəti əsasında prokuror təqdimat verərək C.Cəfərovun həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. 

C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma - təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

C.Cəfərov həbsindən əvvəl keçirdiyi konfransda rüşvətə qarşı olduğunu deyərək, tabeliyindəki rüşvət alan məmurlardan bunun tamamilə yığışdırılmasını istəmişdi: "Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin", - deyə o, çıxışında bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.