Ər bıçaqlayır, qayınata baltalayır, qayın boğur...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir ay ərzində qadınlara qarşı sadəcə mediaya məlum olan zorakılıq və cinayət faktları hər kəsi dəhşətə gətirib. Cəmi bir neçə gün ara ilə Bakıda iki qadının 18-20 bıçaq zərbəsi ilə öldürülməsi məsələnin aktuallığını bir qədər də artırıb. Son günlər ailə üzvləri tərəfindən qadınlara qarşı törədilən zorakılıq sərhəd tanımır. Bu işdə müxtəlif soyuq silahlardan: balta, dəyənək, bıçaq və sairədən istifadə edilir.
Milli.Az qafqazinfo-ya istinadən son bir ay ərzində müxtəlif səbəblər bəhanəsiylə döyülən, öldürülən qadınların statistikasını təqdim edir:
Yəqin ki, nəinki ötən, hətta il ərzində yaşanmış ən dəhşətli cinayət hadisəsi 27 yaşlı Leylanın 3 övladının gözü qarşısında, 20 bıçaq yarası ilə öldürülməsi olub. Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında qeydə alınan hadisə mübahisə zəminində baş verib. Əri azyaşlı uşaqları ilə Leylanı atası evinə apararkən ona maşında 1 bıçaq zərbəsi vurub. Özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçmaq istəsə də, ər onu yoldaca tutaraq 19 bıçaq zərbəsi vurub. Hadisəyə ailənin övladları da şahidlik edib...
Qətldən düz 3 gün sonra, yəni, dünən analoji hal yenidən təkrarlanıb. Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürüb.
.jpg)
Sadəcə Bakı və ətraf qəsəbələrdə son günlər baş verən qadın zorakılıqları faktlarına nəzər saldıqda aşağıdakı statistikanı görə bilərik:
Bakının Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə qətlə yetirib. 4 uşaq anası olan Cəmilə aldığı 12 balta yarasından hadisə yerində ölüb. Qətl mərhumun oğlunun gözü qarşısında baş verib.
Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəminində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.
Abşeronun Masazır qəsəbəsində intihar edən 26 yaşlı Aynurə Abdullayevanın da ailə münaqişəsi zəminində öldürüldüyü iddia olunur.
Bakının Nəsimi rayonunda qayın ana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.
Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və həbsxanada kəsici alətlə ona ağır xəsarət yetirib.
.jpg)
Bölgələrə nəzər saldıqda da oxşar mənzərəni görürük:
Ağsunun Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi qalıb. Qətlə yetirilən Xumar onu öldürməkdə şübhəli bilinən Nərimanın bibisi qızıdır.
Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Hadisənin ailə münaqişəsi zəminində qəsdən törədildiyi bildirilir.
Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Natavan Mustafayevanın boğazı əri Məhərrəm Sirati tərəfindən kəsilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.
Bu günlərdə iki qadın qoyun səbəbindən döyülərək xəstəxanalıq edilib. Belə ki, oktyabr 9-da Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Abdullayeva qayınanası və qayınatası tərəfindən ölümcül döyülüb. Buna səbəb isə gəlinə valideynləri tərəfindən cehiz olaraq qoyun verilməməsi olub. Digər analoji hadisə isə Gədəbəydə baş verib. Qoyunlara görə əmisioğlu tərəfindən döyülən 65 yaşlı Zərraf Əsgərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Əfsuslar olsun ki, qadınlara qarşı zorakılığı bütün hallarda kişilər törətmir. Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı Sahilə Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edən zaman mübahisə yaranıb. Bu zaman qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.
Qadına qarşı zorakılıq halları yalnız sadə vətəndaşlar arasında yaşanmır. Ailə fərdlərinin sosial şəbəkələrdə etiraflarından məlum olur ki, ölkədə gənc şair, idmançı, jurnalistlə yanaşı, siyasətçilər də ailədə qadına qarşı əl qaldırırlar. Ötən ayın əsas müzakirə mövzularından biri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının həyat yoldaşı və qızlarına qarşı zorakılıq tətbiq etməsi olub.
.jpg)
Bu arada Bakıda bacısını gecə klubuna getdiyi üçün öldürən 19 yaşlı Qalib Turabovun məhkəməsi başlayıb. O, bacısının əxlaqsızlıqla məşğul olduğunu düşündüyünə görə mübahisə edərək onu parkda öldürmüşdü.
Yaşıdları tərəfindən dəfələrlə təhqir olunan, əxlaqsız adlandırıldığı üçün özünü məktəb pəncərəsindən ataraq intihar etmiş Elina Hacıyeva ilə bağlı məhkəmə də gündəmdədir. İstintaq Elinanın intiharında heç kimi günahkar bilməyərək "özünü öldürmə həddinə çatdırma" maddəsinə xitam verib. Ölümdə ittiham olunan direktor Sevinc Abbasova isə ev dustaqlığındadır.
Təəssüf ki, qonşu ölkələrdə də qadın hüquqları ilə bağlı vəziyyət ürəkaçan deyil. İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandıraraq intihar edib. Türkiyədə ötən il ərzində 440 qadın kişilərin zorakılığı nəticəsində dünyasını dəyişib.
Bununla yanaşı, statistikaya nəzər saldıqda son illərdə Azərbaycanda boşanmaların sayının xeyli artdığını görə bilərik. Maraqlıdır ki, çox zaman boşanma ailədaxili münaqişələrin sonlanmasına çarə göstərilsə də, bizdə belə olmur. Qadınların boşandıqdan sonra keçmiş ərləri tərəfindən şəxsi və ya ata evlərində, iş yerində öldürüldüyü, zorakılıq və təcavüzə məruz qalmağı da az müşahidə edilmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
XƏBƏR LENTİ
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)





